Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan RİH başçısı Birinci Qarabağ müharibəsi şəhidinin anasının vəfatı ilə əlaqədar şəhid ailəsini ziyarət edib.

04 avqust 2025 | 12:12
Avqustun 3-də Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov 2-ci Şahsevən kəndindən Birinci Qarabağ müharibəsi şəhidi Çingiz Tarverdi oğlu Hüseynovun anasının vəfatı ilə əlaqədar şəhid ailəsinə baş çəkib, təşkil olunan yas mərasimində iştirak edib.
 
Mərasimdə hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları da iştirak ediblər.
Əziz Əzizov şəhidin ailəsinə başsağlığı verərək, Vətən uğrunda canından keçən igid övladların xatirəsinin daim uca tutulduğunu və onların ailələrinin hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib. O, Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə göstərdiyi xüsusi diqqət və qayğının Beyləqanda da əsas fəaliyyət istiqamətlərindən biri olduğunu vurğulayıb.
 
Şəhidin ailəsi göstərilən diqqət və dəstəyə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə edib.
Keçidlər