Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan RİH başçısı Əziz Əzizov Əmirzeyidli kəndində səyyar qəbul keçirib

04 noyabr 2025 | 16:07

Əhalini narahat edən məsələlərin yerlərdə birbaşa həlli məqsədilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov 4 noyabr 2025-ci il tarixdə Əmirzeyidli kəndində səyyar qəbul keçirib.

Qəbulda RİH başçısıyla birgə hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri və aparatının əməkdaşları, aidiyyəti təşkilat və xidmət sahələrinin rəhbərləri də iştirak ediblər.
 
Səyyar görüş iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
 
Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq rayon ərazisində aparılan abadlıq-quruculuq işləri, asfalt örtüklərinin yenilənməsi, infrastruktur layihələri və Beyləqan rayonunun sosial-iqtisadi inkişaf proqramında nəzərdə tutulmuş tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib. RİH başçısı 8 Noyabr-Zəfər Gününün 5-ci ildönümü ilə bağlı rayonda silsilə tədbirlərin keçirildiyini qeyd edərək, şəhidlərimizin əziz xatirəsinin ehtiramla anıldığını, ailələrinin diqqət və qayğı ilə əhatə olunduğu və tarixi Qələbəmizin təbliği istiqamətində ardıcıl tədbirlər həyata keçirildiyini bildirib.
 
Sonra sakinlərin müraciətləri dinlənilmiş, araşdırma tələb edən məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə olunaraq qanunamüvafiq izahatlar verilib və həlli nəzarətə götürülüb.
 
Görüşdə iştirak edən vətəndaşlar yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Keçidlər