Beyləqan RİH başçısı şəhid ailəsinin yas mərasimində iştirak edib.
07 avqust 2025 | 12:27
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Xaçınabad qəsəbəsində Birinci Qarabağ müharibəsi şəhidi Qasımov Vüqar İldırım oğlunun bacısının yas mərasimində iştirak edib.
Şəhid ailəsinə ziyarətdə hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri, şöbə müdirləri də iştirak ediblər.
RİH başçısı Əziz Əzizov mərhumun ailəsinə başsağlığı verib, onlarla söhbət edərək ailənin vəziyyəti və mövcud ehtiyacları ilə maraqlanıb.
Qeyd olunub ki, ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq şəhid ailələrinin sosial rifahı, onlara mənəvi dəstək və digər məsələlər daim diqqətdə saxlanılır.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürlərini bildiriblər.







