Beyləqan RİH başçısının səyyar vətəndaş qəbulları davam etdirilir
21 oktyabr 2025 | 17:10
Oktyabrın 21-də Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Kəbirli kəndində vətəndaşlarla növbəti səyyar qəbul-görüş keçirib.
Görüşdə SHXÇDX-nin Beyləqan rayon şöbəsinin rəisi Bəxtiyar Hümbətov, RİH başçısının müavinləri, şöbə müdirləri, xidmət sahələrinin rəhbərləri də iştirak ediblər.
Səyyar qəbulda çıxış edən rayon rəhbəri Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq vətəndaşların müraciətlərinin yerində dinlənilməsi, mövcud problemlərin operativ həlli və əhalinin sosial rifahının yüksəldilməsi məqsədilə bu cür görüşlərin mütəmadi xarakter daşıdığını qeyd edib.
Daha sonra RİH başçısı Əziz Əzizov kənd sakinlərindən müraciətlərini ünvanlamasını xahiş edib. Kəbirli kənd sakinləri tərəfindən sosial, torpaq və digər müxtəlif mövzularla bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, icrası vaxt tələb edən məsələlər isə aidiyyəti qurumların nəzarətinə götürülüb və həlli ilə bağlı rayon rəhbəri tərəfindən müvafiq tapşırıqlar verilib.
Sonda kənd sakinləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.







