Beyləqan RİH-də növbəti vətəndaş qəbulu keçirildi.
07 noyabr 2024 | 09:11
Noyabrın 6-da Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov müavinləri, şöbə müdirləri, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə icra hakimiyyətinin inzibati binasında rayon sakinlərini qəbul edib, müraciətlərini dinləyib.
Qəbul zamanı rayon rəhbəri ümumilikdə 28 nəfər rayon sakinini qəbul edib və onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib. Əziz Əzizov vətəndaşların müraciətlərinin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.
Vətəndaşlar müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva minnətdarlıqlarını bildiriblər.