Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan RİH-də növbəti vətəndaş qəbulu keçirilib.

21 avqust 2024 | 15:18
Avqustun 21-də Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov müavinləri, şöbə müdirləri, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə rayon sakinlərini qəbul edib, müraciətlərini dinləyib.
İcra hakimiyyətinin inzibati binasında baş tutan qəbul zamanı rayon rəhbəri ümumilikdə 42 nəfər vətəndaşı qəbul edib və onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib. Əziz Əzizov müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verib. Qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər isə nəzarətə götürülüb.
Vətəndaşlar müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva minnətdarlıqlarını bildiriblər.
Keçidlər