Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan şəhər Niyazi adına Uşaq Musiqi məktəbində Bilik Günü qeyd edilmişdir

16 sentyabr 2026 | 09:25
15 sentyabr – Bilik Günü münasibətilə Beyləqan şəhər Niyazi adına Uşaq Musiqi məktəbində tədbir keçirilib.
 
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon nümayəndəsi Məhəmməd Qələndərov ,mədəniyyət müəssisələrinin rəhbərləri, valideynlər, müəllimlər və şagirdlər iştirak ediblər.
 
Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, eləcə də qəhrəman şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasından sonra çıxış edən Yeganə Məmmədova məktəbin müəllim və şagirdlərinə RİH başçısı Əziz Əzizovun Bilik Günü münasibətilə təbrikini çatdırıb. Daha sonra Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon üzrə nümayəndəsi Məhəmməd Qələndərov və Beyləqan şəhər Niyazi adına Uşaq Musiqi məktəbinin direktoru Elmurad Quliyev çıxış edərək təhsilə göstərilən diqqət və qayğıya görə ölkə başçısı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər, müəllim və şagirdləri yeni tədris ilinin başlanması münasibətilə təbrik edərək uğurlar arzulayıblar.
 
Tədbir məktəbin müəllim və şagirdlərinin hazırladığı musiqi proqramı ilə yekunlaşıb.
Keçidlər