Beyləqan şəhəri Akif Əkbərov küçəsində vətəndaşların hərəkəti üçün yeni səki salınır
09 dekabr 2025 | 09:47
Beyləqan Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən bərpa quruculuq işləri çərçivəsində Beyləqan şəhəri Akif Əkbərov küçəsində vətəndaşların təhlükəsiz və rahat hərəkətini təmin etmək məqsədilə yeni səkinin salınmasına başlanılıb.
Yeni səkinin salınması istiqamətində görülən tədbirlər nəticəsində həm ətraf ərazidə yaşayan sakinlərinin hərəkəti daha təhlükəsiz və rahat olacaq, həm də Beyləqan şəhər Təbiət və Humanitar Fənlər Təmayüllü Liseydə təhsil alan şagird və kollektiv üçün əlverişli şərait yaradılacaqdır.
Səkinin salınması vətəndaşların gündəlik hərəkətini asanlaşdırmaqla bərabər, şəhər infrastrukturu sahəsində davamlı inkişafın bir nümunəsi kimi dəyərləndirilir.
Beyləqan Rayon İcra Hakimiyyəti bildiririr ki, hazırda layihə üzrə aktiv işlər davam etdirilir, plana uyğun olaraq işlər qısa müddət ərzində tamamlanacaq və sakinlər üçün istifadəyə veriləcəkdir.







