Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan şəhəri Ə.Mustafalı küçəsində salınan yeni səki sakinlərin istifadəsinə verilib

07 yanvar 2026 | 09:22
Beyləqan rayonunda əhalinin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən abadlıq işləri ardıcıl şəkildə davam etdirilir.
 
Bu çərçivədə şəhərin Əlizamin Mustafalı küçəsində yeni səkinin salınması işləri tam başa çatdırılıb və yeni səki artıq sakinlərin istifadəsinə verilib. Müasir və funksional formada inşa olunan səki piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etməklə yanaşı, küçənin ümumi estetik görünüşünə də müsbət təsir göstərib.
 
Görülən bütün işlər Beyləqanda həyata keçirilən sosialyönümlü layihələrin tərkib hissəsi olmaqla, vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.
Keçidlər