Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan şəhəri Habil Hacıyev küçəsində asfaltlanma işləri yekunlaşıb

11 iyun 2025 | 12:05
Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkənin bütün regionlarında olduğu kimi, Beyləqanda da bərpa-quruculuq işləri uğurla davam etdirilir.
 
Yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində cari ilin əvvəlindən start götürülmüş genişmiqyaslı bərpa-quruculuq işləri çərçivəsində Beyləqan şəhərinin daha bir küçəsi-Habil Hacıyev küçəsində asfaltlanma işləri uğurla yekunlaşıb.
 
Layihə çərçivəsində müvafiq texnika və canlı qüvvə cəlb olunmaqla küçənin köhnə asfalt örtüyü tam yenilənmiş, yolun hərəkət hissəsinin keyfiyyəti artırılmış, piyadaların və nəqliyyat vasitələrinin təhlükəsiz və rahat hərəkəti təmin olunmuşdur.
 
Beyləqan sakinləri görülən işləri yüksək qiymətləndirərək, göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə edirlər.
Keçidlər