Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan şəhəri Rövşən Axundov küçəsində asfaltlanma işləri başa çatıb.

30 iyul 2025 | 16:42
Beyləqan rayonunda abadlıq və yenidənqurma istiqamətində həyata keçirilən tədbirlər ardıcıl şəkildə davam etdirilir. Cari ilin əvvəlindən icrasına başlanılan layihələr çərçivəsində Beyləqan şəhərinin daha bir küçəsində-Şəhid Rövşən Axundov küçəsində aparılan asfaltlanma işləri artıq yekunlaşdırılıb.
 
Yenidənqurma işlərinin nəticəsi olaraq, küçədə nəqliyyatın hərəkəti daha təhlükəsiz və rahat olub, piyadaların gediş-gəlişi asanlaşıb. Ərazidə yaşayan sakinlər görülən işlərdən məmnunluq ifadə edərək, dövlət başçısının rəhbərliyi ilə regionlarda həyata keçirilən sosial yönümlü infrastruktur layihələrinə görə minnətdarlıqlarını bildiriblər.
 
Qeyd edək ki, Beyləqan rayonunda yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlər mərhələli şəkildə davam etdirilir və bu layihələr ölkə rəhbərliyinin müəyyən etdiyi strateji inkişaf xəttinə uyğun olaraq icra olunur.
Keçidlər