Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan şəhəri Şəhid Munis Abbaslı küçəsində asfaltlanma işləri yekunlaşıb.

25 sentyabr 2025 | 09:17
Regionların sosial-iqtisadi inkişafına yönəlmiş dövlət proqramlarının ardıcıl icrası Beyləqanda da öz real nəticələrini göstərir. Rayon infrastrukturunun müasirləşdirilməsi, nəqliyyat hərəkətinin təhlükəsizliyinin təmin olunması və əhalinin gündəlik rahatlığının artırılması məqsədilə həyata keçirilən bu layihələr yüksək keyfiyyətlə icra edilərək rayonun ümumi abadlıq simasını daha da zənginləşdirir.
 
Dövlət başçısının tapşırıq və göstərişlərinə uyğun olaraq həyata keçirilən abadlıq-quruculuq tədbirləri çərçivəsində növbəti olaraq Şəhid Munis Abbaslının adını daşıyan küçədə asfaltlanma işləri uğurla başa çatdırılıb. Aparılan işlər nəticəsində küçədə nəqliyyatın hərəkəti asanlaşıb, sakinlərin gediş-gəlişi üçün daha rahat və müasir şərait yaradılıb.
 
Rayon sakinləri dövlət səviyyəsində göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək, həyata keçirilən abadlıq və quruculuq işlərinə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə edirlər.
Keçidlər