Beyləqan şəhəri şəhid Tağızadə Dünyaminin adını daşıyan küçədə təmir və abadlaşdırma işlərinə başlanılıb.
03 fevral 2025 | 17:17
Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində aparılan yenidənqurma işləri davam etdirilir.
Həyata keçirilən silsilə bərpa-təmir işlərinin davamı olaraq bu gün şəhid Tağızadə Dünyaminin adını daşıyan küçədə təmir və abadlaşdırma işlərinə başlanılıb.
İlin ikinci yarısında küçənin asfaltlanması nəzərdə tutulub.
Görülən işlər çərçivəsində küçəyə yaxın ərazidə “Xan qızı” kanalında da təmizlik işləri aparılır.