Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan şəhəri şəhid Vasif Quliyev küçəsində yeni asfalt örtüyünün salınmasına başlanılıb

15 dekabr 2025 | 20:17
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı və əhalinin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarına uyğun olaraq, Beyləqan Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Beyləqan şəhəri, şəhid Vasif Quliyev küçəsində yeni asfalt örtüyünün salınmasına başlanılıb.
 
Hazırda küçədə asfalt döşənməsinə hazırlıq məqsədilə torpaq səthinin hamarlanması və texniki tələblərə uyğun şəkildə düzəldilməsi işləri aparılır. Qeyd edək ki, sözügedən küçədə indiyədək asfalt örtüyü mövcud olmayıb və bu vəziyyət sakinlərin gündəlik hərəkətində müəyyən çətinliklər yaradırdı.
 
Həyata keçirilən bu tədbir vətəndaşların müraciətləri və yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə icra olunur. Küçənin asfaltlanması nəqliyyatın rahat və təhlükəsiz hərəkətini təmin etməklə yanaşı, ərazidə yaşayan sakinlərin sosial rifahının yüksəldilməsinə xidmət edəcək.
Keçidlər