Beyləqan şəhərində abadlıq işləri davam etdirilir.
08 avqust 2025 | 11:37
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Beyləqan rayonunda abadlıq-quruculuq tədbirləri davam etdirilir.
Belə ki, Şəhid Rövşən Axundov küçəsində təmizlik və abadlıq işləri həyata keçirilib. Küçəboyu təmizlik işləri görülüb, ağaclara və yaşıllıq sahələrinə qulluq edilib, mövcud infrastrukturun səliqə-sahman vəziyyətinə gətirilməsi istiqamətində zəruri tədbirlər görülüb.
Görülən işlər əhalinin yaşayış şəraitinin yaxşılaşdırılmasına və şəhərin ümumi abad görünüşünün qorunub saxlanılmasına xidmət edir.







