Beyləqan şəhərində abadlıq-quruculuq işləri uğurla davam etdirilir
06 iyul 2026 | 18:57
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində regionlarda abadlıq-quruculuq işləri ardıcıl şəkildə davam etdirilir. Bu istiqamətdə Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində infrastrukturun yenilənməsi, əhalinin rahatlığının təmin olunması məqsədilə mühüm tədbirlər həyata keçirilir.
Hazırda Beyləqan şəhərinin M.Əsədov küçəsində yerləşən iki mərtəbəli yaşayış binalarının ətrafında asfalt örtüyünün salınması işləri davam etdirilir. Görülən işlər sakinlərin rahat gediş-gəlişinin təmin olunmasına, yaşayış mühitinin daha da yaxşılaşdırılmasına və şəhərin abad simasının formalaşdırılmasına xidmət edir.
Həyata keçirilən abadlıq-quruculuq tədbirləri rayon sakinləri tərəfindən yüksək razılıqla qarşılanır. Sakinlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə edirlər.







