Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan şəhərində abadlıq və təmizlik işləri davam etdirilir

19 dekabr 2025 | 11:25
Beyləqan Rayon İcra Hakimiyyətinin tapşırıq və göstərişlərinə uyğun olaraq şəhər ərazisində sanitariya vəziyyətinin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi və sakinlər üçün daha səliqəli şəhər mühitinin yaradılması məqsədilə mütəmadi abadlıq və təmizlik tədbirləri həyata keçirilir.
 
Bu çərçivədə Beyləqan şəhəri şəhid Vasif Quliyevin adını daşıyan küçədə kommunal xidmət sahələrinin əməkdaşları tərəfindən genişmiqyaslı təmizlik işləri aparılıb. Görülən işlər zamanı ərazi məişət və təbii tullantılardan təmizlənib, payız mövsümü ilə əlaqədar yığılan quru yarpaqlar və alaq otları yığılaraq kənarlaşdırılıb, yolkənarı sahələr səliqəyə salınıb.
 
Qeyd edək ki, Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən şəhər ərazisində təmizlik, abadlıq və yaşıllaşdırma işləri bundan sonra da davam etdiriləcək, sakinlərin rahat və sağlam mühitdə yaşaması üçün müvafiq tədbirlər ardıcıl şəkildə həyata keçiriləcəkdir.
Keçidlər