Beyləqan şəhərində abadlıq və yenidənqurma işləri davam etdirilir
07 dekabr 2025 | 11:47
Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə infrastrukturun yaxşılaşdırılması istiqamətində ardıcıl abadlıq tədbirləri həyata keçirilir. Bu çərçivədə Beyləqan şəhəri M. Əsədov küçəsində, 4 nömrəli tam orta məktəbin ətrafında uzun müddətdir yararsız vəziyyətdə olan səkilərin bərpasına başlanılıb.
Hazırda ərazidə köhnə tamet və bardürlərin sökülməsi, səthin hamarlanması və yeni materialların döşənməsi istiqamətində işlər aparılır.
Bərpa işlərinin aparılması həm məktəb ətrafında hərəkətin təhlükəsizliyini artıracaq, həm də sakinlərin rahat gediş-gəlişini təmin edəcək.
İşlər mərhələli şəkildə davam etdirilir və yaxın günlərdə sözügedən ərazidə yenilənmiş piyada hərəkət zonası sakinlərin istifadəsinə veriləcək.







