Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan şəhərində abadlıq və yenidənqurma işləri mərhələli şəkildə davam etdirilir.

16 aprel 2026 | 19:37
Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən Heydər Əliyev prospektində yerləşən ikimərtəbəli yaşayış binalarının həyətində asfalt örtüyünün yenilənməsi işləri həyata keçirilir. Uzun müddətdir istifadəyə yararsız vəziyyətdə olan binanın ətrafı asfaltlanaraq tezliklə sakinlərin istifadəsinə veriləcəkdir.
 
Görülən işlər sakinlərin gündəlik rahatlığının təmin olunmasına, həmçinin şəhərin ümumi görünüşünün yaxşılaşdırılmasına xidmət edir. Sakinlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Keçidlər