Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan şəhərində asfaltlanma işləri davam edir

11 mart 2026 | 09:58
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən dövlət siyasəti çərçivəsində respublikanın bütün bölgələrində olduğu kimi, Beyləqan rayonunda da infrastruktur layihələri ardıcıl şəkildə icra olunur.
 
Həyata keçirilən tədbirlər çərçivəsində Beyləqan şəhərinin M.Ə.Rəsulzadə küçəsində yerləşən yaşayış binasının ətrafında asfaltlanma işləri aparılıb. Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən işlər zamanı ərazidə yeni asfalt örtüyü salınaraq mövcud yol infrastrukturu yenilənib.
 
Görülən işlər nəticəsində yaşayış binalarının ətrafında gediş-gəliş imkanları yaxşılaşdırılıb, ərazinin istifadəyə yararlılığı artırılıb və sakinlərin gündəlik hərəkəti üçün daha əlverişli şərait yaradılıb.
Keçidlər