Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan şəhərində Əliağa Vahid küçəsində asfaltlanma işləri başa çatdırılıb.

28 aprel 2025 | 09:25
Beyləqan rayonunda infrastrukturun yenidən qurulması və yolların müasir standartlara uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Əliağa Vahid küçəsi və ətrafındakı dalanlarda aparılan asfaltlama işləri uğurla yekunlaşdırılıb.
 
Layihə üzrə küçənin köhnə asfalt örtüyü tam yenilənmiş, asfalt örtüyü olmayan hissələrə isə yeni yol çəkilərək yolun hərəkət hissəsinin keyfiyyəti artırılmış, piyadaların və nəqliyyat vasitələrinin təhlükəsiz və rahat hərəkəti təmin olunmuşdur.
 
Yol infrastrukturunun yenilənməsi şəhərin ümumi görünüşünün yaxşılaşdırılmasına, eləcə də ətraf ərazilərdə yaşayan sakinlərin gündəlik həyat şəraitinin yüksəldilməsinə mühüm töhfə vermişdir.
 
Asfaltlanma işləri qısa müddət ərzində və yüksək peşəkarlıqla başa çatdırılmışdır. Sakinlər göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə edirlər.
Keçidlər