Beyləqan şəhərində Mədəniyyət və istirahət parkının işıqlandırma sistemi yenilənib
13 mart 2026 | 09:48
Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində aparılan abadlıq və yenidənqurma tədbirləri çərçivəsində Beyləqan şəhəri Mədəniyyət və istirahət parkında işıqlandırma sistemi yenilənib.
Görülmüş işlər nəticəsində park ərazisində, o cümlədən Şəhidlər Abidəsinin yerləşdiyi hissədə müasir və enerji qənaətli işıqlandırma dirəkləri quraşdırılıb, mövcud sistem təkmilləşdirilərək parkın gecə saatlarında daha parlaq və səmərəli işıqlandırılması təmin olunub. Bu yenilik həm ərazinin ümumi görkəmini daha da yaxşılaşdırılması, həm də sakinlərin və rayonumuzun qonaqlarının parkda axşam saatlarında rahat və təhlükəsiz istirahət etməsi üçün əlverişli şərait yaradır.
Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən rayonun sosial infrastrukturunun yaxşılaşdırılması, yaşayış məntəqələrinin abadlaşdırılması və əhalinin asudə vaxtının səmərəli təşkili istiqamətində tədbirlər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək.







