Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan şəhərində yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir

06 may 2026 | 18:55
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkə ərazisində yol infrastrukturunun müasirləşdirilməsi, vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər Beyləqan rayonunda da ardıcıl şəkildə davam etdirilir. Bu çərçivədə Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində abadlıq və yenidənqurma işləri aparılır.
 
Görülmüş işlər çərçivəsində Beyləqan şəhəri Sərdar İmrəliyev küçəsinin dalan 1, dalan 2 və dalan 3 hissələrində asfalt örtüyü çəkilmişdir. Sözügedən ərazilər əsasən vətəndaşların intensiv istifadə etdiyi, yaşayış evlərinin giriş hissələrini əhatə edən sahələr olduğundan, həyata keçirilən tədbirlər əhalinin gündəlik hərəkətinin asanlaşdırılmasına və nəqliyyatın təhlükəsizliyinin təmin olunmasına yönəlmişdir.
 
Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində abadlıq-quruculuq işlərinin mərhələli şəkildə davam etdirilir.
Keçidlər