Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan şəhərində yol infrastrukturunun yenilənməsi istiqamətində tədbirlər davam edir.

04 may 2026 | 09:36
Belə ki, Beyləqan şəhəri M.Ə.Rəsulzadə küçəsinin 2-ci ara küçəsində asfaltlanma işləri uğurla həyata keçirilib. Görülən işlər çərçivəsində yol örtüyü yenilənib, ərazidə nəqliyyatın və piyadaların hərəkəti üçün daha əlverişli şərait yaradılıb.
 
Həyata keçirilən bu cür layihələr yol infrastrukturunun müasirləşdirilməsinə, sakinlərin rahatlığının təmin olunmasına və yaşayış mühitinin yaxşılaşdırılmasına xidmət edir.
 
Sakinlər davamlı diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Keçidlər