Beyləqan şəhərinin bir neçə küçəsində abadlıq-təmizlik işləri görülüb
15 avqust 2025 | 10:17
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Beyləqan şəhərinin bir sıra küçəsində abadlıq-təmizlik işləri aparılıb. Tədbirlər zamanı ərazilərdə yararsız otlar biçilib, məişət tullantılarından təmizlənib, səliqə-səhman yaradılıb.
Görülən işlər şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, əhalinin sağlam və rahat yaşayış mühitinin təmin olunması məqsədilə həyata keçirilib. Ərazilərdə yaşıllıqların qorunması və mövcud abadlıq səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.







