Beyləqan şəhərinin bu hissələrində bərpa-quruculuq işləri aparılır
14 noyabr 2025 | 12:24
Beyləqan Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda genişmiqyaslı abadlıq və quruculuq işləri davam etdirilir. Hazırda Heydər Əliyev prospektində və əhalinin sıx yaşadığı, iaşə obyektlərinin yerləşdiyi Sərdar İmrəliyev küçəsində–Heydər Əliyev parkına açılan ikinci girişdə yenilənmə işlərinə başlanılıb.
Sözügedən ərazilərdə uzun müddət istismar nəticəsində yararsız hala düşmüş tametlər, bardürlər və səki hissələri sökülərək demontaj olunub, səkinin alt qat hissəsi düzəldilir. Hazırda həmin ərazilərdə müasir standartlara cavab verən yeni tametlərin, bardürlərin və səkilərin çəkilməsi üçün hazırlıq işləri görülür.
Layihənin əsas məqsədi rayonumuzun abadlığını artırmaq, əhalinin gediş-gəlişini daha rahat və təhlükəsiz etmək, eləcə də ictimai məkanların ümumi görünüşünü müasirləşdirməkdir.
Aparılan bərpa-quruculuq işləri qrafikə uyğun olaraq davam etdirilir və mərhələli şəkildə sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulur.







