Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan şəhərinin daha bir küçəsində asfaltlanma işləri aparılıb.

12 may 2026 | 11:47
Beyləqan rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən regionların sosial-iqtisadi inkişafına dair müəyyən edilmiş tapşırıqlara uyğun olaraq abadlıq və quruculuq işləri uğurla davam etdirilir. Rayon ərazisində həyata keçirilən infrastruktur layihələri çərçivəsində küçə və yolların əsaslı təmiri, asfaltlanması və sakinlərin rahatlığının təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür.
 
Bu istiqamətdə görülən işlərin davamı olaraq Beyləqan şəhərində Sosialist Əməyi Qəhrəmanı Əlibala Şirinovun adını daşıyan küçədə asfaltlanma işləri aparılıb. İcra olunan işlər çərçivəsində küçəyə yeni asfalt örtüyü salınıb, ərazidə nəqliyyat vasitələrinin və piyadaların hərəkəti üçün daha əlverişli şərait yaradılıb. Həyata keçirilən abadlıq işləri sakinlər tərəfindən böyük razılıqla qarşılanıb.
 
Vətəndaşlar göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirərək, ölkəmizdə aparılan genişmiqyaslı quruculuq və abadlıq işlərini yüksək qiymətləndiriblər.
Keçidlər