Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan şəhərinin daha bir neçə küçəsində abadlıq işləri aparılıb.

18 avqust 2025 | 18:18
“Konstitusiya və Suverenliyi ili” ilə əlaqədar həyata keçirilən silsilə tədbirlər çərçivəsində Beyləqan şəhərinin daha bir neçə küçəsində genişmiqyaslı iməcilik və abadlıq tədbirləri həyata keçirilib. Növbəti istiqamət olaraq Beyləqan şəhəri Akif Əkbərov küçəsi, Munis Abbaslı küçəsi və Cabir Hüseynov küçəsində həyata keçirilən tədbirlər zamanı ərazidən keçən əsas su arxları təmizlənib, istənilməyən bitki örtüyü və digər tullantılar yığışdırılıb, ümumi səliqə-sahman yaradılıb.
 
Görülən işlərin əsas məqsədi rayon ərazininin ekoloji mühitinin yaxşılaşdırılması, əhalinin sağlam və rahat yaşayış şəraitinin təmin olunması, həmçinin abadlıq işlərinin davamlı xarakter almasına nail olmaqdır.
Keçidlər