Beyləqan şəhərinin daha bir neçə küçəsində iməcilik aksiyaları keçirilib
02 sentyabr 2025 | 09:17
“Konstitusiya və Suverenlik ili” çərçivəsində Beyləqan şəhəri şəhid Mahir Dadaşzadə və şəhir Elvin İsmayılov küçələrində genişmiqyaslı iməcilik aksiyaları təşkil olunub. Aksiyalar zamanı səkilər, yol kənarları və yaşayış məhəllələri məişət tullantılarından təmizlənib, yaşıllıqların baxımı həyata keçirilib, eləcə də ərazinin abadlaşdırılması istiqamətində bir sıra işlər görülüb.
Tədbirin əsas məqsədi şəhər mühitinin ekoloji vəziyyətinin yaxşılaşdırılması, vətəndaşlarda ekoloji məsuliyyətin artırılması və abadlıq ənənələrinin gücləndirilməsidir.
Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan bu aksiyalar Beyləqanın müasir inkişaf konsepsiyasının bir hissəsi olaraq davamlı şəkildə icra ediləcək və bütün yaşayış məntəqələrini əhatə edəcək.







