Beyləqan şəhərinin əsas küçələrindən biri olan Heydər Əliyev Prospektində işıqlandırma sistemi yenilənib.
14 mart 2026 | 22:48
Aparılan abadlıq-quruculuq işləri çərçivəsində prospekt boyunca mövcud işıqlandırma dirəkləri yenilənərək müasir standartlara cavab verən yeni işıqlandırma sistemi quraşdırılıb. Görülən işlər nəticəsində küçənin gecə vaxtı işıqlandırılması daha da yaxşılaşdırılıb, şəhərin estetik görünüşü artırılıb və nəqliyyat vasitələrinin hərəkəti ilə yanaşı piyadaların təhlükəsizliyinin təmin olunmasına əlavə imkan yaradılıb.
Həyata keçirilən yeniləmə işləri şəhərin infrastrukturunun müasirləşdirilməsi və abadlaşdırılması istiqamətində görülən tədbirlərin davamı olmaqla, sakinlərin daha rahat və təhlükəsiz mühitdə yaşamasına xidmət edir.







