Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan şəhərinin küçə və dalanlarında yeni yolların çəkilişi davam edir.

15 aprel 2025 | 10:27
Beyləqan Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə cari ildə həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində şəhərimizin daha bir küçəsi- Məhəmməd Xiyabani küçəsi ətrafındakı dalanlarda asfalt örtüyünün salınması və cari təmiri işləri həyata keçirilmişdir.
 
İlkin olaraq yolun alt örtüyündə əsaslı təmir işləri aparılmış, kanalizasiya quyuları yolun səviyyəsinə nizamlanmış, bəzi yerlərdə yolun alt qatı əkilmiş, qum-çınqıl materialı verilərək döyülmə, hamarlanma işləri aparılmışdır.
 
İşlər sürətli və qısa vaxt ərzində başa çatdırıldıqdan sonra asfalt örtüyünün vurulması təmin edilmiş və yol vətəndaşların istifadəsinə verilmişdir.
 
Vətəndaşların rahat və maneəsiz gediş-gəlişini təmin etmək məqsədilə hazırda işlər davam etdirilir.
 
Aparılan abadlıq işlərini razılıq hissi ilə qarşılayan sakinlər bütün bu işlərə görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Keçidlər