Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan şəhərinin küçələrində təmizlik və abadlıq işləri aparılır

17 dekabr 2025 | 08:05
Beyləqan şəhərində əhalinin yaşayış mühitinin yaxşılaşdırılması, şəhər estetik görünüşünün qorunması və sanitariya-gigiyenik vəziyyətin daha da təkmilləşdirilməsi məqsədilə mütəmadi olaraq təmizlik və abadlıq işləri həyata keçirilir.
 
Aparılan təmizlik və abadlıq işləri çərçivəsində qurumuş ağac və kol-koslar təmizlənib, ərazilərdə səliqə-sahman yaradılıb, şəhərin əsas və daxili küçələrində məişət tullantıları yığışdırılıb.
 
Qeyd edək ki, bu cür tədbirlər Beyləqan Rayon İcra Hakimiyyətinin nəzarəti altında mütəmadi şəkildə davam etdirilir və rayon sakinlərinin rahatlığına, sağlam mühitdə yaşamasına xidmət edir.
Keçidlər