Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan şəhərinin Məhəmməd Xiyabani küçəsində asfaltlanma işləri yekunlaşıb.

21 aprel 2025 | 13:18
Ölkə rəhbərliyinin regionların inkişafına göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində Beyləqan rayonunda abadlıq-quruculuq və infrastruktur layihələrinin icrası sistemli şəkildə davam etdirilir.
 
Şəhər infrastrukturunun müasirləşdirilməsi, nəqliyyatın hərəkətinin təhlükəsizliyinin və vətəndaşların rahatlığının təmin olunması məqsədilə Məhəmməd Xiyabani küçəsində asfalt örtüyünün yenilənməsi işləri yüksək keyfiyyətlə icra edilmişdir.
 
Görülən işlər sayəsində küçədə nəqliyyatın hərəkəti asanlaşıb, sakinlərin gündəlik gediş-gəlişi üçün müasir şərait yaradılıb.
 
Sakinlər aparılan abadlıq və yenidənqurma tədbirlərinə görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə edirlər.
Keçidlər