Beyləqan şəhərinin mərkəzi yollarının əsaslı şəkildə təmiri davam edir
18 fevral 2025 | 09:07
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarına uyğun olaraq Beyləqanda da əsaslı şəkildə bərpa-abadlıq işləri uğurla davam etdirilir.
Aparılan quruculuq işləri çərçivəsində növbəti asfaltlanma işləri şəhərin Heydər Əliyev prospektində həyata keçirilir.
Qeyd edək ki, cari ilin yanvar ayında əsaslı təmirinə başlanan yolda 14000 kv. metr asfaltlanma işləri görülür.
Yeni yolların salınması yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə yanaşı, sakinlərin də rahat gediş-gəlişini təmin edəcək.
Şəhər mərkəzi və kənd yollarının təmiri və yenidən qurulması işi mərhələli şəkildə davam etdiriləcək.
Görülmüş işlər sakinlər tərəfindən böyük rəğbət və razılıqla qarşılanır. Vətəndaşlar rayonda aparılan abadlıq və quruculuq işlərinə görə ölkə prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.