Beyləqan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib.
15 mart 2024 | 11:56
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamının müvafiq tədbirlər planına uyğun olaraq Beyləqan rayonunda ağacəkmə aksiyası keçirilib.
Ağacəkmə aksiyasında Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı və aparatın məsul nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Aksiyada Beyləqan şəhər ərazisində, Magistral yolun sağ hissəsində torpaq-iqlim şəraitinə uyğun olaraq 500-dək eldar şamı ağacı əkilib.
Aksiyanın keçirilməsində məqsəd "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir.