Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda 02 İyul-Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirilib.

02 iyul 2023 | 17:56
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının rəhbərliyi, eləcə də Rayon Polis Şöbəsinin əməkdaşları iştirak ediblər.
 
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub.
 
Daha sonra Beyləqan rayon Polis şöbəsinin inzibati binasında tədbir keçirilib.
 
Ulu Öndər Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın xatirələri bir dəqiqəlik sükutla yad edildikdən sonra Rayon Polis Şöbəsinin rəisi Rüstəm Cəfərov çıxış edərək hüquq-mühafizə orqanlarına göstərdiyi dəstəyə, diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirib, bundan sonra da Azərbaycan Respublikasının müstəqilliyinin, dövlətçiliyinin möhkəmləndirilməsi işinə sədaqətlə xidmət edəcəklərini, vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması istiqamətində səmərəli fəaliyyət göstərəcəklərini bildirib.
 
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Telman Məstanov və rayon prokuroru Ramazan Hadıyev Azərbaycan Polisi Günü münasibətilə hüquq-mühafizə orqanlarının əməkdaşlarını təbrik edib, Azərbaycan polisinin Ulu Öndər Heydər Əliyevin dövlətçilik xəttinə, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik siyasətinə həmişə sadiq olduğunu bildirib və bunun daxili işlər orqanlarının əməkdaşları üçün ən böyük şərəf və qürur mənbəyi olduğunu qeyd ediblər.
 
Tədbirin sonunda səmərəli fəaliyyətləri ilə fərqlənən Rayon Polis Şöbəsinin bir sıra əməkdaşları Rayon İcra Hakimiyyəti başçısının “Fəxri Fərman”ı ilə təltif olunub.
Keçidlər