Beyləqanda 1 oktyabr Prokurorluq işçilərinin peşə bayramı günü qeyd edilib.
01 oktyabr 2022 | 10:13
Ümummilli lider Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə hər il 1 oktyabr -milli prokurorluq orqanlarının yarandığı gün kimi qeyd olunur. Bu münasibətlə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev hüquq mühafizə orqanlarının rəhbərləri və prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə Ümumilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzərək dahi rəhbərə ehtiramlarını bildiriblər. Daha sonra bir qrup rayon Prokurorluğu əməkdaşları dövlətçiliyin qorunmasında, qanunların aliliyinin təmin edilməsində fəal xidmətlərinə və 1 oktyabr Prokurorluq işçilərinin peşə bayramı günü münasibəti ilə Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilib.