Beyləqanda 1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı qeyd olundu.
01 oktyabr 2024 | 17:47
Beyləqan rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon prokuroru Ramazan Hadıyev, Füzuli rayon hərbi prokuroru Elçin Hacıyev, digər hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının nümayəndələri, rayon prokurorluğunun əməkdaşları, idarə, müəssisə və təşkilat nümayəndələri, şəhid ailələri, qazi və müharibə veteranları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
Azərbaycan Respublikasın Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə tədbir açıq elan olunub.
Tədbiri giriş nitqi ilə açan Beyləqan rayon prokuroru Ramazan Hadıyev əvvəlcə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin Peşə bayramı münasibəti ilə təbrikini tədbir iştirakçılarının diqqətinə çatdırıb, daha sonra prokurorluq orqanlarının yaranma tarixindən, ölkəmizdə hüquqi dövlət quruculuğunda, insan hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlığa qarşı mübarizədə prokurorluq orqanlarının rolundan danışıb.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Prokurorluq işçilərini peşə bayramı günü münasibətilə təbrik etmiş, Azərbaycanda Prokurorluq işçilərinin bütün dövrlərdə dövlət müstəqilliyimizin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə önəmli rol oynadığını bildirmişdir. Ulu öndər Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə 1 oktyabr-Prokurorluq işçilərinin peşə bayramı gününün təsis edilməsinin əhəmiyyətindən danışan RİH başçısı bu qərarın hakimiyyət orqanları sırasında xüsusi yeri olan prokurorluğa dövlət səviyyəsində qayğının ifadəsi və prokurorluğun roluna rəsmi münasibətin təzahürü olduğunu diqqətə çatdırıb.
Füzuli rayon hərbi prokuroru Elçin Hacıyev, rayon Məhkəməsinin sədri Ramiz Nurullayev, rayon Polis şöbəsinin rəisi Ceyhun Qurbanov, DTX-nin Beyləqan rayon şöbəsinin rəisi Vidadi Qurbanov, SHXÇDX-nin Beyləqan rayon şöbəsinin rəisi Bəxtiyar Hümbətov, Şəhid atası Qərib Təhməzov, İkinci Qarabağ müharibəsi qazisi Qiyas Məmmədli, Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov da çıxış edərək peşə bayramı münasibəti ilə prokurorluq əməkdaşlarını təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıblar.
Tədbirin sonunda 1 oktyabr-Prokurorluq işçilərinin peşə bayramı günü münasibəti ilə Beyləqan rayon prokuroru Ramazan Hadıyevə və rayon prokurorluğunun bir sıra əməkdaşlarına Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı təqdim edildi.
Sonda xatirə şəkli çəkdirildi.