Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda 1 oktyabr Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub.

01 oktyabr 2023 | 15:03
Ümummilli lider Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə hər il 1 oktyabr -milli prokurorluq orqanlarının yarandığı gün kimi qeyd olunur.
1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü və Azərbaycan prokurorluğunun yaradılmasının 105-ci ildönümü Beyləqanda da qeyd edilib.
Bu münasibətlə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və aparatın məsul nümayəndələri, rayon prokuroru Ramazan Hadıyev və prokurorluğun əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbərləri peşə bayramının təsisatçısı Ulu Öndər Heydər Əliyevin Beyləqan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Keçidlər