Beyləqanda 15 İyun - Milli Qurtuluş Günü qeyd olundu.
13 iyun 2024-cü il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini, Beyləqan Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Telman Məstanov və aparatın əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, kollektivi, rayon ictimaiyyətinin nümayəndələri 15 İyun- Milli Qurtuluş günü münasibəti ilə Ümummilli liderimiz, Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək dahi rəhbərə sonsuz ehtiramlarını bildiriblər.
Qeyd edək ki, İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Heydər Əliyevdir. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.
Xalqımızı Milli Qurtuluş günü münasibətilə təbrik edir, dövlətimizə əbədi və sarsılmaz müstəqillik arzulayırıq.