Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda 15 İyun - Milli Qurtuluş Günü qeyd olunub.

14 iyun 2023 | 10:59
14 iyun 2023-cü il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və aparatın nümayəndələri, rayonun hüquq- mühafizə orqanlarının rəhbərləri, rayon
ictimaiyyətinin nümayəndələri Qurtuluş günü münasibəti ilə Ümummilli liderimiz, Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək dahi rəhbərə sonsuz ehtiramlarını bildiblər.
 
Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildiyi gün dövlətimiz taleyi əhəmiyyətli dərəcədə dəyişdi. Elə həmin gün tariximizə qızıl həriflərlə Milli Qutuluş günü kimi yazıldı.
 
Xalqımızı Milli Qurtuluş günü münasibətilə təbrik edir, dövlətimizə əbədi və sarsılmaz müstəqillik arzulayırıq.
Keçidlər