Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda 17 iyun-Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunub.

17 iyun 2023 | 17:15
Tədbir iştirakçıları əvvəlcə rayonun mərkəzində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə tər gül-çiçək dəstələri düzərək, onun əziz xatirəsini yad ediblər.
 
Rayon Mərkəzi Xəstəxanasında keçirilən tədbirdə çıxış edən Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev tibb işçilərini peşə bayramları münasibəti ilə təbrik edib, Onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. A.Ağayev Ulu Öndər Heydər Əliyevin Səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğıdan bəhs edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Rayon rəhbəri Ulu Öndərin səhiyyə sahəsində başlatdığı islahatların bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq, son illər ərzində Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsi istiqamətində böyük işlər görüldüyünü, səhiyyənin inkişafı, maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturunun yenilənməsinin daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib.
 
“Beyləqan RMX”sı publik hüququ şəxsin direktoru Nurəngiz Bəşirova çıxış edərək milli səhiyyə sistemimizin sürətlə müasirləşirdiyini, icbari tibbi sığorta çərçivəsində əhaliyə göstərilən tibbi xidmətlərin effektivliyinin və keyfiyyətinin yüksək səviyyədə olduğunu qeyd edib.
 
Tədbirdə iştirak edən hüquq-mühafizə orqanlarının rəhbərləri də çıxış edərək səhiyyə işçilərini peşə bayramları günü münasibəti ilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıblar.
 
Daha sonra “Beyləqan RMX”sı publik hüququ şəxsin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.
 
Tədbirin sonunda “17 İyun – Tibb işçilərinin peşə bayramı” münasibətilə rayonun səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə bir qrup tibb işçisi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Fəxri Fərmanla təltif olunub.
Keçidlər