Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda 18 may-18 iyun “İnsan Hüquqları Aylığı” ilə bağlı növbəti tədbir keçirilib.

09 iyun 2023 | 21:25
09 iyun 2023-cü il tarixdə Beyləqan rayon Gənclər Evində 18 may-18 iyun “İnsan Hüquqları Aylığı” ilə əlaqədar növbəti tədbir baş tutub.
 
Beyləqan rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi və Gənclər Evinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin, Gənclər Evinin nümayəndələri və məktəblilər iştirak edib.
 
Tədbirdə Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Zərifə Məmmədova, dərnək rəhbəri Kəmalə Əliyeva və Gənclər Evinin metodisti Çinarə Hacıyeva əsas insan və vətəndaş hüquq və azadlıqları haqqında şagirdlərə geniş məlumat verərək, ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlərin önəmini diqqətə çatdırıblar.
Keçidlər