Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda 2 fevral - Gənclər Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.

02 fevral 2023 | 21:14
Əvvəlcə rayonun mərkəzində ucaldılmış Gənclər Gününün təsisatçısı Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq, qarşısına gül dəstələri düzülmüşdür.
 
Daha sonra Beyləqan Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Beyləqan rayon təşkilatının təşkilatçılığı ilə tədbir baş tutub.
 
Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov 2 fevral - Gənclər Günü münasibətilə gəncləri təbrik edib. O bildirib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual müasir dünyagörüşlü yeni nəsil yetişib.
 
Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova çıxış edərək Ulu Öndər Heydər Əliyevin respublikamızda gənclər siyasətinin formalaşmasında tarixi rolundan, Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunda tərbiyəsində Heydər Əliyev nümunəsinin əhəmiyyətindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında Azərbaycan gəncliyinin qəhrəmanlıq yolundan ətraflı bəhs edib.
 
Tədbirdə Mehman Əliyev, Elvin Məmmədov, Sakit Əlizadə və başqalarıçıxış edərək Heydər Əliyevin gəncliyə və gənclərə qayğısından, Ulu öndərin ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində həyata keçirdiyi siyasətdən ətraflı danşıblar.
Keçidlər