Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda 23 iyun Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd edilib.

23 iyun 2023 | 21:00
Peşə bayramı münasibətlə Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının və inzibati ərazi dairələrinin nümayəndələri, rayonun idarə, müəssisə və təşkilatlarında çalışan dövlət qulluqçuları Azərbaycan xalqının Ümummilli lideri Heyder Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə tər gül dəstələri qoyaraq dahi rəhbərə öz ehtiramlarını bildirmişlər.
 
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamına əsasən hər il iyunun 23-ü ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd olunur.
Keçidlər