Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda 28 May – Müstəqillik Günü qeyd edildi

27 may 2025 | 12:02
28 May – Müstəqillik Günü münasibətilə 27 may 2025-ci il tarixində Beyləqan rayonunda Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunmuş, abidə önünə tər güllər düzülərək ulu öndərin əziz xatirəsinə dərin ehtiram ifadə edilmişdir.
 
Mərasimində Beyləqan Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, hərbçilər, şəhid ailələri, qazilər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Qeyd edək ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması tariximizin şanlı səhifələrindən olmaqla yanaşı, xalqımızın milli azadlıq mücadiləsinin məntiqi nəticəsi olaraq müasir dövlətçilik tariximizə mühüm hadisə kimi daxil oldu.
 
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cumhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir.
 
XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi.
 
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının artıq işğaldan azad olunmuş torpaqlarımızda, doğma Qarabağımızda, azad Şuşamızda dalğalanması Azərbaycan Prezidenti İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir.
Keçidlər