Beyləqanda 3 iyun-Dünya Velosiped Günü münasibəti ilə veloyürüş keçirilib.
05 iyun 2024 | 12:21
03.06.2024-cü il tarixdə Beyləqan Rayon İcra Hakimiyyəti, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Beyləqan sektorunun, Mil-Muğan Regional Təhsil İdarəsinin Beyləqan sektorunun və Beyləqan rayon Polis şöbəsinin birgə təşkilatçılığı ilə 3 iyun Beynəlxalq Velosiped gününə həsr olunmuş Beyləqan rayon Magistral küçədən başlayaraq, Heydər Əliyev parkına qədər Veloyürüş keçirilib.
Tədbirin keçirilməsində məqsəd sağlam həyat tərzinin təbliği, Velosiped İdman növünün tanıdılması və idmana marağın artırılmasıdır.