Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə şəhid və qazi övladları üçün bayram şənliyi təşkil olunub.

27 dekabr 2022 | 18:54
Beyləqan Rayon İcra Hakimiyyəti və Kürdəmir Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 180-ə yaxın şəhid və qazi övladı iştirak edib.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Daha sonra tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi və 44 günlük Vətən Müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun əldə etdiyi Zəfərin xalqımıza yaşatdığı əvəzsiz sevinc və qürur hissindən, şəhidlərimizin və qazilərimizin qəhrəmanlıqlarından söz açıb şəhid ailələrinin və qazilərin hər zaman diqqətdə saxlanıldığını və onların hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarını vurğuladı.
Tədbirdə Beyləqan Gənclik Teatrının hazırladığı müxtəlif və əyləncəli şou nümayiş olunub, gənc musiqiçilər tərəfindən vətənpərvərlik və bayram abu-havasında musiqilər ifa edilib.
Daha sonra Yeni il bayramının ənənəvi personajları - Şaxta baba və Qar qız şənliyə qatılaraq uşaqları təbrik edib, maraqlı səhnəciklər nümayiş olunub.
Tədbir uşaqların böyük marağına səbəb olmaqla yanaşı, yüksək coşqu və sevinc hissi ilə qarşılanıb.
Sonda tədbirdə iştirak edən bütün uşaqlara Rayon İcra Hakimiyyətinin hədiyələri təqdim olunub.
Keçidlər