Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda 31 Mart Soyqırımı qurbanlarının xatirəsi anılıb.

31 mart 2023 | 14:25
31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Beyləqan Rayon İcra Hakimiyyəti başçısı və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisə rəhbərləri, kollektivi, ziyalılar, şəhid ailələri, qazilər və veteranlar, ictimaiyyət nümayəndələri "Soyqırım Abidəsi"ni ziyarət etmiş, abidə önünə tər qərənfillər düzərək Soyqırımı qurbanlarının xatirəsini dərin hüznlə yad etmişdir.
 
1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycanın deyil, ümumbəşər tarixinin ən qanlı faciələrindən biridir. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan vermişdir. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
Keçidlər