Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda 5 İyun – Su Təsərrüfatı və Meliorasiya İşçilərinin Peşə Bayramı qeyd olunub

05 iyun 2025 | 12:07
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2014-cü ildən başlayaraq hər ilin iyun ayının 5-i ölkəmizdə “Su təsərrüfatı və meliorasiya işçiləri günü” kimi peşə bayramı kimi qeyd edilir.
 
Bu münasibətlə Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri və şöbə müdirləri, su təsərrüfatı və meliorasiya işçiləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə peşə bayramına həsr olunmuş tədbir keçilib.
 
Tədbir çərçivəsində iştirakçılar əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq onun xatirəsini ehtiramla yad etmişlər.
 
Gənclər Evində davam edən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizim xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Tədbiri giriş nitqi ilə açan Suvarma Sistemləri İdarəsinin müdiri Zahid Sadıqov tədbir iştirakçılarını salamlayaraq tədbirin əhəmiyyətindən bəhs etmiş və çıxış üçün sözü Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı cənab Əziz Əzizova təqdim etmişdir.
 
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək peşə bayramı münasibətilə işçiləri təbrik etmiş, onlara fəaliyyətlərində uğurlar arzulamışdır.
 
Çıxışında Əziz Əzizov qeyd etmişdir ki, Azərbaycanda meliorasiya təsərrüfatının inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Son illərdə ölkə iqtisadiyyatının bütün sahələri kimi kənd təsərrüfatı da yeni inkişaf mərhələsinə qədəm qoymuş, əkin dövriyyəsi genişlənmiş və məhsuldarlıq artırılmışdır. Bu prosesdə meliorasiya və su təsərrüfatı işçilərinin əkinçilərə göstərdikləri dəstək və kömək hər il daha da artmaqdadır. Ulu öndərin ideyalarının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində su təsərrüfatı sahəsində mühüm nailiyyətlər əldə olunmuşdur.
 
Tədbirdə çıxış edən Rayon Prokuroru Ramazan Hadıyev və digər natiqlər Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğıdan, meliorasiya və su təsərrüfatı sektorunun ilbəil inkişafı və müasirləşməsindən danışaraq dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
Keçidlər